“Bakı” Avroliqada ilk oyununu Azərbaycanda yox, Sloveniyada keçirə bilər

XƏBƏR 25 İyun 2012 / 18:20 1562
-  A +

“Bakı” və Sloviniyanın “Mura 05” klubları arasında Avropa Liqasının iyulun 5-dəki ilk oyunu Azərbaycan paytaxtında yox, rəqib meydanında keçirilə bilər.

Bu haqda Qol.Az-a “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov məlumat verib. O bildirib ki, buna səbəb həmin gün Avroliqadakı digər təmsilçilərimiz olan “İnter” və “Xəzər Lənkəran”ın da ilk oyunları Azərbaycanda keçirməsidir. Z.Məmmədovun sözlərinə görə, bundan başqa, hazırda “Bakı” Sloveniyada hazırlıq prosesindədir: “Bakıya qayıdıb ilk oyunu oynamaq, təzədən yenidən Sloveniyaya gəlmək yol yorğunluğu olacaq. Yaxşı olardı ki, ilk oyunu elə burada oynayaq”.

Z.Məmmədov bununla bağlı razılıq əldə etmək üçün “Mura 05” rəhbərliyinə müraciət edəcəklərini deyib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi