Cerrard: "Dua etdim, yenə olmadı, qəlbimiz qırıldı"

Cerrard: "Dua etdim, yenə olmadı, qəlbimiz qırıldı"
AVRO-2012 25 İyun 2012 / 04:11 3083
-  A +

İngiltərə milli komandasının kapitanı Stiven Cerrard İtaliya ilə oyundan sonra görüşlə bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, İtaliyaya penaltilər seriyasında uduzmaqla yarımfinaldan kənarda qalan Cerrard bəxtin yenə də onların tərəfində olmadığını bildirib:

"Komanda olaraq İtaliyaya qarşı çox yaxşı oynadıq. Meydanda bütün gücümüzü qoyduq. Lakin yenə də bəxt bizim tərəfimizdə deyildi. Penaltilər seriyasında dua etdim. Ancaq yenə olmadı və qəlbizim qırıldı. Bunu anlamaq həqiqətən də çox çətindir".

Qeyd edək ki, əsas vaxtı 0:0 hesabı ilə başa çatan görüşdə İngiltərə millisi penaltilər seriyasında rəqibinə uduzaraq (2:4) mübarizəni dayandırmalı olub.


Son xəbərlər