Emin Ağayev “Volqa”nın heyətində “fərqləndi”

XƏBƏR 30 Aprel 2009 / 16:36 2149
-  A +

Milli komandamızın keçmiş üzvləri - Emin Ağayevin oynayan məşqçi, Aleksandr Jidkovun isə qapıçılarla işləyən məşqçi olduğu “Volqa” Rusiya çempionatının ikinci divizionunda ikinci oyununu keçirib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, öz meydanında “Voloçaninom-Ratmirom” klubunu qəbul edən Tver təmsilçisi rəqibini üstələyə bilməyib. Qarşılaşma 0:0 hesabıyla başa çatıb. 90 dəqiqə meydanda olan Emin Ağayev sarı vərəqəylə cəzalanıb. 3 turdan sonra 2 oyuna 1 xal yığan “Volqa” 19 komanda arasında 16-cı yeri tutur.  


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi