Rosiçki: "İlk hissədə bir ayaqla oynadım"

Rosiçki: "İlk hissədə bir ayaqla oynadım"
AVRO-2012 13 İyun 2012 / 12:55 2217
-  A +

Çexiya millisinin yarımmüdafiəçisi Tomas Rosiçki dünən qarşılaşdıqları Yunanıstanla oyunu (2:1) dəyərləndirib.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, ikinci hissədə əvəzlənən futbolçu ilk yarını tək ayaqla oynadığını bildirib:

"Matçın 20-ci dəqiqəsində dabanımda ağrı hiss etdim. İlk yarıda isə sanki bir ayaqla oynadım. Bununla belə, ilk hissədə əlimdən gələni etdim və fasiləyə 2:0 hesabı ilə öndə yollandıq.

Ancaq təəssüf ki, ikinci hissədə oyunu davam etdirə bilmədim. Kaş ki, 90 dəqiqə meydanda olardım. Yenə də komandam qələbə qazandığı üçün şadam. Ümid edirəm ki, son matçımızı da qalib başa vuracağıq".

Qeyd edək ki, Çexiya qrupun son matçında meydan sahibi Polşa ilə qarşılaşacaq. 


Son xəbərlər