"Neftçi"nin sabiq qapıçısı "Sumqayıt"a keçdi

"Neftçi"nin sabiq qapıçısı "Sumqayıt"a keçdi
XƏBƏR 12 İyun 2012 / 19:06 2036
-  A +

Aftandil Hacıyev, Emin Cəfərquliyev, Sabir Allahquliyev, Ceyhun Sultanov, Fərid Quliyev və Səlahət Ağayevi heyətinə qatan “Sumqayıt” növbəti transferini reallaşdırıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, son mövsümü “Neftçi”nin heyətində keçirmiş Elçin Sadıqov "Sumqayıt"ıa  1+1 sistemi üzrə müqavilə imzalayıb.

“Ötən mövsümün sonunda “Neftçi”dən ayrılmağa qərar verdim. Paytaxt klubunda əsas heyətə düşə bilmirdim. Bu səbəbdən daim oynaya biləcəyim komandaya keçmək istəyirdim. “Sumqayıt” Futbol Klubundan təklif alan kimi dərhal danışıqlara başladım. Bu komandada özümü doğruldacağıma inanıram”, - deyə Elçin Sadıqov açıqlama verib.

Vaxtilə U-17, U-19 və U-21-in şərəfini qorumuş 23 yaşlı Elçin Sadıqov “Sumqayıt” Futbol Klubunda 12 nömrəli formanı geyinəcək.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi