İbrahimoviç: "Məğlubiyyətə hələ də inana bilmirəm"

İbrahimoviç: "Məğlubiyyətə hələ də inana bilmirəm"
AVRO-2012 12 İyun 2012 / 12:51 2509
-  A +

İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç dünən "Avro-2012"də Ukrayna yığması ilə keçirilən oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, "SVTV 1"ə açıqlama verən 30 yaşlı futbolçu məğlubiyyətə hələ də inanmadığını bildirib:

"Oyunda 1:0 hesabı ilə üstün idik. Lakin az sonra nələr baş verdiyini anlamadım. Məğlub olmağımıza hələ də inana bilmirəm. Belə olmamalı idi. Lakin artıq bu oyunu unudaraq qarşıdakı iki görüş haqda düşünməliyik".

Qeyd edək ki, İbrahimoviç Ukrayna ilə görüşdə hesabı açsa da, Andrey Şevçenkonun vurduğu iki qol meydan sahiblərinə qələbə qazandırıb - 2:1.  


Son xəbərlər