«Qəbələ» rəsmən beş futbolçu ilə yolları ayırdı

«Qəbələ» rəsmən beş futbolçu ilə yolları ayırdı
XƏBƏR 18 May 2012 / 13:54 2031
-  A +

Yeni mövsümdə qarşısına böyük hədəflər qoyan “Qəbələ” 2012-2013 futbol ili üçün heyətini formalaşdırmağa başlayıb. Artıq bir neçə futbolçunun komandadakı taleyinə aydınlıq gətirilib. Mahir Şükürov, Abdul Kader Kamara, Lyubo Baranin və Pavel Doroşevin ardından Qrem Smit, Deon Barton, Arif İsayev, Sergey Sokolov və Saşa Yunisoğlunun da komandandan getməsi dəqiqləşib.

Qol.Az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Bidirilib ki, Tərzin Cahangirovla Nuran Qurbanov isə futbolçu həyatlarını icarə əsasında başqa komandada davam etdirəcəklər. Müqaviləsi sona çatan Nodar Məmmədovla razılıq əldə olunub və yaxın vaxtlarda müdafiəçi ilə yeni müqavilə imzalanacaq. Digər müqaviləsi sona çatmış futbolçu hollandiyalı Stiv Olferslə danışıqlar davam etdirilir. Razılıq əldə olunarsa, müdafiəçi növbəti mövsümdə də “Qəbələ”də oynayacaq.

Hazırda müalicə alan Rövşən Əmiraslanovun komandada qalıb-qalmayacağı məsələsi də futbolçunun müalicəsinin nəticələrinə görə öz həllini tapacaq.

“Qəbələ” Futbol Klubu komandadan ayrılan futbolçulara komandadakı çıxışlarına və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi