Baş məşqçinin 45 min avroluq kateri oğurlandı

Baş məşqçinin 45 min avroluq kateri oğurlandı
XƏBƏR 18 May 2012 / 01:24 1599
-  A +

Futbol üzrə Xorvatiya milli komandasının baş məşqçisi Slaven Biliçin kateri oğurlanıb.

Qol.Az-ın Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, 7,7 metr uzunluğunda motorlu qayığın dəyəri 45 min avrodur.

Polis oğurluq hadisəsi ilə bağlı araşdırmaları davam etdirir.

Qeyd edək ki, Slaven Biliç 2012-ci il Avropa çempionatından sonra Xorvatiya yığmasından ayrılacaq. O, Rusiyanın “Lokomotiv” (Moskva) komandasının sükanı arxasına keçəcək. Biliçin yeni vəzifədə əmək haqqı ildə 3 milyon avro təşkil edəcək. 44 yaşlı mütəxəssis “Lokomotiv”lə 3 illik müqavilə bağlayıb.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi