Rio Ferdinand “Avro-2012”yə aparılacaqmı?

Rio Ferdinand “Avro-2012”yə aparılacaqmı?
AVRO-2012 16 May 2012 / 14:23 2186
-  A +

“Mançester Yunayted”in aparıcı müdafiəçisi Rio Ferdinandın qarşıdan gələn Avropa çempionatında iştirak edib-etməyəcəyi məsələsinə aydınlıq gəlib.

Qol.Az-ın məlumatına görə, Britaniya mətbuatı yazır ki, İngiltərə millisinin yeni baş məşqçisi Roy Hocson Ferdinanda zəng edərək onun adının “Avro-2012”yə apacağı 23 nəfərlik siyahıda olmadığını deyib.

Ferdinandı millidə “Çelsi”nin kapitanı Con Terrinin əvəz edəcəyi bildirilir.

“Mançester”li futbolçunun heyətə daxil edilməməsinə səbəb kimi onun yaşının çoxluğu (33 yaş) və bu mövsüm tez-tez zədə alması göstərilir.


Son xəbərlər