Aslan Kərimov: “Ağdamda həmişə futbol havası hiss olunub”

Aslan Kərimov: “Ağdamda həmişə futbol havası hiss olunub”
XƏBƏR 23 Aprel 2009 / 11:47 2181
-  A +

“Qarabağ” 16 illik fasilədən sonra yenidən doğma arenada çıxış edəcək. Sonuncu dəfə 1993-cü ildə Ağdamda “İmarət” stadionunda meydana çıxan “Qarabağ” mayın 3-də Quzanlıda 16 illik həsrətə son qoyacaq. Qol.Az-ın “Qarabağ”ın rəsmi internet saytına istinadən vediyi məlumata görə, komandanın hazırkı kapitanı Aslan Kərimov sonuncu dəfə Ağdamda meydana çıxarkən 19 yaşında idi. Hazırda 36 yaşı olan təcrübəli yarımmüdafiəçi həyəcanlı olduğunu gizlətmir: “Yadıma gəlir ki, Ağdamda sonuncu oyunda “Turan”a qarşı oynamışdıq. Yadımda nə qalıb? Təbii ki, çılğın azarkeşlər. Ağdamda həmişə futbol havası hiss olunub. Əlbəttə, yenidən o torpaqlara qayıtmaq müdhiş duyğudur. Təbii ki, Quzanlı “İmarət” deyil. İnşallah, “Qarabağ” tezliklə “İmarət”də oynamağa başlayacaq”.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi