Finlandiya millisinin baş məşqçisi: “Azərbaycanla səfərdə oynamaq çox çətindir”

XƏBƏR 22 Aprel 2009 / 17:37 2368
-  A +

Dünya çempionatının seçmə mərhələsində milli komandamızla eyni qrupda mübarizə aparan Finlandiya millisinin baş məşqçisi Stüart Bakster  yerli “Helsinki Times” nəşrinə verdiyi açıqlamasında qrupdakı son vəziyyət və qarşıdakı oyunlar haqda danışıb. Qol.Az-ın məlumatına görə, rəqibimizin baş məşqçisi dünya çempionatına getmək şanslarının çox az olduğunu bildirib. S.Bakster millimizlə oyun haqda da danışıb: “Biz evdə Almaniyanı uda bilmədik. Səfərdə isə Rusiyaya uduzduq. Düzdür, bu rəqiblərlə bir daha oynayacağıq. Amma onların hər ikisini məğlub edəcəyimizi söyləmək çox çətindir. Bir də qrupda tək Almaniya və Rusiya yer almayıb. Uels və Azərbaycanı da unutmaq olmaz. Azərbaycanlılar öz meydanlarında bir dəfə bizi məğlub ediblər. Orada oynamaq çox çətindir. Həm qazonun durumu ideal olmur, həm də yerli azarkeşlərin dəstəyi güclü olur. Hər halda biz çalışacağıq ki, bundan sonra minimum itki verək”. 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi