Azərbaycanlı olimpiyaçılara nikah qadağası qoyuldu

Azərbaycanlı olimpiyaçılara nikah qadağası qoyuldu
XƏBƏR 29 Mart 2012 / 02:35 1993
-  A +

2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak edən əcnəbi idmançı, məşqçi və rəsmi şəxslərə Böyük Britaniyada olduqları müddətdə nikaha girmək qadağan olunacaq.

Qol.Az-ın “İTAR-TASS”a istinadən verdiyi məlumata görə, müvafiq viza məhdudiyyətini Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tətbiq edib.

Bu qərar qeyd olunan şəxslərin olimpiadadan Birləşmiş Krallıqda qalma hüququ əldə etməyə cəhd üçün yararlana biləcəyi təhlükəsi ilə əlaqədar verilib. Avropa Birliyi ölkələri istisna olmaqla, Londonda əcnəbi iştirakçılara 6 ay qüvvədə olma müddəti ilə ümumilikdə 20 min viza veriləcək.

Sənəddə nikaha girməyi qadağan edən qrafa da olacaq. Həmçinin, viza alanlar Böyük Britaniyada təhsil üçün sənəd verə bilməyəcəklər. Artıq Böyük Britaniyanın Sərhəd Xidməti Beynəlxalq Olimpiya Komitəsinin üzvü olan 204 Milli Olimpiya Komitəsini bu barədə məlumatlandırıb.

Qeyd edək ki, əvvəllər Böyük Britaniya ərazisində əcnəbi idmançıların qalma cəhdləri müşahidə olunub. 2011-ci ildə 16 yaşlı 2 kamerunlu atlet Yeniyetmələrin Dostluq Oyunlarında iştirak etdikdən sonra Mançester hava limanından qaçıb. Analoji insident 2002-ci ildə eyni yarışdan sonra baş verib. O zaman isə Syerra-Leone yığmasının 30 iştirakçısının demək olar ki, hamısı “yoxa çıxıb”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi