"Real" və "Çelsi" səfərdə qələbə qazandı (YENİLƏNİB)

"Real" və "Çelsi" səfərdə qələbə qazandı (YENİLƏNİB)
DÜNYA FUTBOLU 28 Mart 2012 / 01:36 6035
-  A +

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Bu mövsümün sürpriz komandalarından sayılan Kiprin APOEL klubu öz meydanında Madrid "Real"ını qəbul edib. "Real" bu görüşün əsas favoriti hesab olunsa da, APOEL doğma meydan amilindən maksimum yararlanmaq niyyətində idi. Lakin "kral klubu" fasilədən sonra 3 qol vurmaqla asan qələbə qazanıb - 3:0.

Günün digər qarşılaşmasında isə "Çelsi" səfərdə "Benfika"nın qonağı olub. "Napoli" ilə görüşdə fantastik oyunu ilə diqqət çəkən London təmsilçisi həmin uğuru 1/4 finalda da təkrarlamaq niyyətində idi. Matçın taleyini bir qol həll edib. Matçın 75-ci dəqiqəsində Salamon Kalunun vurduğu qol "Çelsi"yə minimal hesablı qələbə qazandırıb - 1:0. 

Qeyd edək ki, sabah daha iki qarşılaşma keçiriləcək. "Milan" öz meydanında "Barselona"nı, "Marsel" isə "Bavariya"nı qəbul edəcək.

 

 

27 mart

Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunları
 
23:45. APOEL (Kipr) - "Real" (Madrid, İspaniya) - 0:3
Qollar:
Benzema, 74 (0:1), 90 (0:3), Kaka, 82 (0:2)

23:45. "Benfika" (Portuqaliya) – "Çelsi" (İngiltərə) - 0:1
Qol:
Kalu, 75 (0:1)
 


28 mart
 
23:45. "Milan" (İtaliya) – "Barselona" (İspaniya)

23:45. "Marsel" (Fransa) - "Bavariya" (Almaniya)


 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi