Milli "Neftçi"dən sonra "Qarabağ"a da qalib gəldi

XƏBƏR 25 Mart 2012 / 19:35 1737
-  A +

Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da ikinci yoldaşlıq oyunu keçirib.

Qol.Az-ın məlumatına görə, “Qarabağ” klubunun 1995-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilə qarşılaşan yığmamız Ülvi İbazadə, Qazıməhəmməd Qurbanov və İqbal Veysəllinin vurduğu qollar sayəsində 3:1 hesabı ilə qələbə qazanıb.

Xatırladaq ki, U-17 martın 24-də keçirdiyi yoldaşlıq oyununda “Neftçi” klubunun 1995-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandasına 2:0 hesabı ilə qalib gəlmişdi.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi