Rza Çalımbay millimizin futbolçusunun transfer qiymətindən danışdı

XƏBƏR 8 Mart 2012 / 19:19 2798
-  A +

Türkiyə superliqasında yarışan “Sivasspor”un baş məşqçisi Rza Çalımbay yeni tranfer etdiyi futbolçulardan danışarkən millimizdə oynayan Cihan Özkara barədə də fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, o, Cihan da daxil olmaqla həmin futbolçuları Türkiyədə kimsənin tanımadığını deyib: “Yeni aldığımız futbolçuların hamısının transfer qiyməti demək olar ki, sıfıra bərabərdir”.

Bununla belə, Çalımbay bu futbolçulara böyük ümidlər bəslədiyini vurğulayıb.

O, həmçinin Türkiyədə oynayan, hazırda “Qalatasaray”da oynayan Azərbaycan əsilli Sərvət Çətin barədə də danışıb: “Mən Sərvəti “Dənizlispor”a cəmi 75 min lirəyə almışdım. Sonra o, 1 milyon 350 min avroya “Fənərbaxça”ya keçdi”.
 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi