"Qəbələ" "Kəpəz"lə 6-cı duelinə çıxacaq

"Qəbələ" "Kəpəz"lə 6-cı duelinə çıxacaq
XƏBƏR 6 Mart 2012 / 13:05 1465
-  A +

Unibank Premyer Liqasının təxirə salınmış XIX turu çərçivəsində martın 7-də "Qəbələ" klubu "Kəpəz”in qonağı olacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu oyun komandalar arasında 6-cı duel olacaq.

İndiyədək 5 dəfə üz-üzə gələn komandalar yalnız Unibank Premyer Liqası oyunlarında münasibətlərini ayırd ediblər. “Qəbələ”nin “Kəpəz”lə ilk oyunu ötən mövsümə təsadüf edib. Həmin vaxt “Gəncə” adlanan komanda 2 dəfə təsnifat, 2 dəfə final mərhələsində “Qəbələ”yə rəqib olub.

Maraqlıdır ki, 4 matçın heç birində qalib müəyyənləşməyib. Həm də bərabərliklərin 3-də qapılara qol da vurulmayıb. Komandaların oyunlarındakı tarazlıq yalnız cari mövsümdə pozulub.

Ardıcıl 4 heç-heçədən sonra “Qəbələ” öz meydanında ilk qələbəsini qazanıb. Cari mövsümdən tarixi adına qovuşan “Kəpəz” isə indiyədək “Qəbələ” üzərində qələbə qazanmayıb. Baş tutan 5 oyunda cəmi 1 qol vuran gəncəlilər buna da səfərdə nail olub. 3-cü dəfə öz meydanında “Qəbələ”ni qəbul edəcək “Kəpəz” öz meydanında qola da həsrətdir.

Qeyd edək ki, “Qəbələ” 1 qələbə qazanıb, 4 heç-heçə etdiyi qarşılaşmalarda 3 qol vurub, birini buraxıb.


2010/11  31.10.2010  Unibank Premyer Liqası  "Gəncə" - "Qəbələ" - 0:0

2010/11  27.02.2011  Unibank Premyer Liqası  "Qəbələ" - "Gəncə" - 0:0

2010/11  02.04.2011  Unibank Premyer Liqası  "Qəbələ" - "Gəncə" - 1:1

2010/11  12.05.2011  Unibank Premyer Liqası  "Gəncə" - "Qəbələ" - 0:0

2011/12  16.10.2011  Unibank Premyer Liqası  Qəbələ - Kəpəz (Gəncə) 2:0


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi