"Barselona"dan ayrılan futbolçu Premyer Liqada

"Barselona"dan ayrılan futbolçu Premyer Liqada
XƏBƏR 19 Fevral 2012 / 02:55 3350
-  A +

Bir müddət öncə "Barselona" ilə yollarını ayıran Aleksandr Qleb özünə yeni klub tapıb.

Qol.Az-ın məlumatına görə, belaruslu futbolçu bundan sonra karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.

31 yaşlı futbolçu Rusiyanın "Krılya Sovetov" klubuna transfer olunub. Qlebin mövsümün sonuna qədər "Krılya Sovetov"da çıxış edəcəyi bildirilir.

Qeyd edək ki, Qleb daha öncə Yunanıstanın "Olimpiakos" klubu ilə danışıqlar aparsa da, sonda tərəflər razılığa gələ bilməmişdilər.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi