"Topaz" mərc edir: “Totenhem” zirvə yarışından qopacaq?

ETOPAZ 21 Noyabr 2011 / 13:16 2576
-  A +

Maraqlı futbollarla dolu həftə sonundan sonra bir qədər istirahət etmək olardı. Lakin nə TOPAZ, nə də futbolsevərlər belə düşünmür. Hətta bir neçə saat futboldan ayrı düşmək, fanatlar üçün olduqca çətindi.

Bu səbəbdən Topaz müştərilərini bügün – həftənin ilk iş günü də unutmayıb. Proqramımızda oyunçuları qane edəcək sayda matç var. Oyunlar ayrı-ayrı çempionatları əhatə etdiyindən, müştəriləri razı salacaq. Həm TƏKli, həm də ekspress kupon tətbiq etməklə bu gün də idmanın şahından həzz almaq imkanınız var.

Günün ən maraqlı qarşılaşması Londonda keçiriləcək. İngiltərə Premyer Liqasının 5-ci pilləsində qərarlaşan, lakin liderlik yarışından qopmaq istəməyən “Totenhem” doğma azarkeşləri önündə “Aston Villa”nı qəbul edəcək. Oyunçular “Totenhem”  –  “Aston Villa” oyununun qalibini 90 dəqiqə başlamadan müəyyənləşdirmək istəyirsə mütləq Topaz məntəqələrinə tələssinlər. Premyer Liqada 8-ci olan “Aston Villa” da bu matçda çox iddialıdır. Onlar səfərdə qələbə qazanarsa  bunu düşünən oyunçular kifayət qədər yüksək pul uduşuna sahib çıxa bilərlər.

Son illər cızdığı uğurlu qrafiklə kifayət qədər azarkeş ordusu toplayan “Bursaspor”, 2011/12 mövsümünə uğurlu start götürə bilməyib. Hazırda Türkiyə Superliqasının 12-ci pilləsində qərar tutan “timsahlar” bugünkü görüşdən yüksək ehtimal ki, qalib ayrılacaq. “Bursaspor” – “Samsunspor” qarşılaşmasının favoritinin ev sahibi komanda olması anlaşılandı. Çünki rəqib - Qara dəniz təmsilçisi hazırda Superliqanın autsayderləri sırasındadı. “Timsahlar”ın bu şansı boşa xərcləyəcəyi inandırıcı görünməsə də, bunun əksini  düşünənlər də var. “Bursaspor” – “Samsunspor” matçına aid hər hansı mülahizəniz, iddianız varsa, gedəcəyiniz ünvan məlumdu – Topaz məntəqələri.

Proqramımızda yer alan digər matçlar isə İspaniya La Liqasına, Çexiya, Polşa, Danimarka, İsrail və Argentina çempionatlarına aiddi. İtaliyadan Seria B, Almaniyadan Bundesliqa II və başqa liqaların da oyunlarına yer verilib. Futbol biliyinizi sınamaq, futbol seyr edə-edə maddi rifahınızı yüksəltmək istəyirsizsə Topaz-ın sizlərə verdiyi şansdan istifadə etməyə tələsin.

Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan  “Topaz”,  öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi