«Bakı» «Xəzər Lənkəran»ı hədələdi

XƏBƏR 9 Mart 2009 / 18:22 2783
-  A +

“Ölkə kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində ən gərgin görüşlərdən biri “Bakı” - “Xəzər Lənkəran” matçı olacaq. İlk baxışda hamı “Bakı”nı favorit sayır. Çünki birinci oyunda biz rəqibi 0:1 hesabı ilə məğlub etmişdik. Amma mən belə düşünmürəm. Rəqib güclüdür. Buna görə də çətin oyun olacaq”. Bunu Qol.Az saytına “Bakı” komandasının baş meneceri Zeynal Məmmədov deyib. Onun sözlərinə görə, “Bakı”nın məqsədi həm çempionluğu, həm də ölkə kubokunu qazanmaq olduğundan oyuna məsuliyyətlə yanaşırlar: “Yadınızdadırsa, iki il əvvəl “Xəzər Lənkəran”  kuboku qazanmağımızda bizə problem oldu. Bunun üçün oyuna daha ciddi yanaşırıq ki, mərhələ adlayan tərəf biz olaq. Bir sözlə, «Xəzər Lənkəran”dan iki il əvvəlki məğlubiyyətin əvəzini çıxacağıq”. 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi