Nadir Qasımov: “Heyətdəki itkilər özünü göstərdi”

XƏBƏR 8 Mart 2009 / 17:35 2442
-  A +

“Əsas heyətimizin 4 üzvü bu gün müxtəlif səbəblərdən meydana çıxmamışdı. Məhz bu səbəb məğlubiyyətimizdə böyük rol oynadı”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran”la oyunsonrası mətbuat konfransında “Muğan”ın baş məşqçisi Nadir Qasımov deyib. Məğlubiyyətə baxmayaraq, Qasımov komandasının ikinci hissədəki oyunundan razı qalıb: “Güclü komandaya qarşı mübarizə apardıq. Oyun çox gərgin keçdi. Lakin ikinci hissədə yaxşı oynadıq. Fasilədən sonrakı oyunumuzdan razı qaldım. Fiziki tərəfdən güclü olduğumuzu göstərdik. Vladimir Tsaranuya gəldikdə isə, o hələ ilk dəqiqələrdən meydanda mübarizə aparmağa hazır deyil”.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi