«Kocaelispor»un baş məşqçisindən Rəşad Sadıqova xəbərdarlıq

XƏBƏR 5 Mart 2009 / 11:00 2602
-  A +

Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun çıxış etdiyi «Kocaelispor» klubunun baş məşqçisi Erhan Altın əsas heyətdə yer alan futbolçuların durumlarından məmnun qaldığını söyləyib. Qol.Az-ın «Özgür Kocaeli» qəzetinə istinadən verdiyi məlumata görə, E.Altın «Bursaspor» matçındakı heyəti dəyişməyi düşünmədiyini deyib. Bununla belə, E.Altın onun üçün adların və karyeranın önəmli olmadığını bildirib: «Kimin daha çox faydalı olacağını görsəm, əsas heyətdə formanı ona verəcəyəm».
Xatırladaq ki, digər futbolçumuz Ramal Hüseynov ilk «11-liyə» düşə bilməsədə də,  R.Sadıqov «Kocaelispor»un əsas heyətinin aparıcı oyunçularından hesab olunur.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi