Roman Pokora: "Neftçi”ylə oyunda xal itirmək fikrimiz yoxdur”

XƏBƏR 5 Mart 2009 / 10:53 2382
-  A +

"Neftçi”ylə oyun haqda yeni bir şey deməyəcəyəm. Digər matçlara necə hazırlaşırdıqsa, "Neftçi"ylə oyuna da o cür hazırlaşırıq”. Qol.Az-ın “Simurq”un rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri komandanın baş məşqçisi Roman Pokora deyib. Ukraynalı mütəxəssis bildirib ki, qarşıdakı “Neftçi”ylə matç komandası üçün çox vacibdir: “Komandamızın öz yolu, üslubu var və bundan kənara çıxmaq fikrimiz yoxdur. Digər tərəfdən, bu oyunun bizim üçün vacib əhəmiyyət daşıyır. Hər şeydən əvvəl evdə oynadığımız üçün, azarkeşlərimizi sevindirməliyik. Evdə xal itirmək fikrimiz yoxdur. Məqsədimizə çatmaq üçün hər oyunda qələbə qazanmağa çalışmalıyıq".

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi