1:0 - Foqtsun xeyrinə

XƏBƏR 4 Mart 2009 / 18:14 2549
-  A +

Dünən milli komandamız növbəti yoxlama oyununu keçirdi. Lakin həmişəkindən fərqli olaraq, budəfəki matç haqda yalnız qarşılaşma başa çatdıqdan sonra xəbər tutduq. Oyunun sona çatmasından xeyli keçməsinə baxmayaraq, hələ də millimizin meydana hansı heyətlə çıxdığı, hansı taktika ilə mübarizə apardığı barədə zərrə qədər də məlumatımız yoxdur. Heç rəqibin kimliyi də əvvəlcədən məlum deyildi. Almaniyada keçirilən təlim-məşq toplanışı barədə danışarkən, milli komandamızın baş məşqçisi Berti Foqts bildirmişdi ki, hazırlıq prosesi çərçivəsində yoxlama oyunu olacaq. Lakin rəqibin kimliyi məlum deyil. Görüşün başa çatmasından xeyli vaxt keçməsinə baxmayaraq, Azərbaycan KİV-ləri oyun barədə yalnız Rusiyanın - yəni Azərbaycan milli komandasına rəqib olan ölkənin xəbər agentlikələrindən məlumat əldə edə bildi. Bu zaman istər-istəməz AFFA-nı və Foqtsu qınayanlar da tapıldı.
Lakin bir qədər əvvəl yayılan məlumat əslində AFFA-nın və Berti Foqtsun öz işinə peşəkar yanaşmasını bir daha orta qoydu. Həmin xəbərdə bildirilir ki, rus jurnalistlərin bu oyunu izləyəcəyindən xəbər tutan Berti Foqts özü qəsdən matçın məxfi şəraitdə keçirilməsini istəyib. Məlumdur ki, martın 28-də keçiriləcək oyunla bağlı ruslar Azərbayan komandasının oyun taktikasını, başqa sözlə, Foqtsun sirrini öyrənməyə can atıblar. Amma alman məşqçi bu addımla rusların planlarını, başqa sözlə, rəqibin informasiya toplamaq arzusunu puç edib.
Beləliklə, qeyri-rəsmi də olsa, Foqts bu addımıyla Rusiya komandası önündə irəli çıxdı. İndi qalır, Rusiya - Azərbaycan oyununun özü. Gəlin inanaq ki, Foqts və Azərbaycan millisi ruslarla oyunda qeyri-rəsmi hesabı rəsmiləşdirə biləcək.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi