Sərgən Yalçın: “Eksperimentləri Azərbaycanla oyunda etmək lazımdır”

Sərgən Yalçın: “Eksperimentləri Azərbaycanla oyunda etmək lazımdır”
XƏBƏR 9 Oktyabr 2010 / 18:14 2141
-  A +

“Almaniyaya məğlubiyyətimizin əsas səbəbi baş məşqçi Quus Hiddinkin belə vacib qarşılaşmada lazımsız eksperimentlərə əl atması oldu. Halbuki, o, belə gedişlərə qrup liderliyi uğrunda mübarizə apardığımız əsas rəqiblə yox, digər komandalarla görüşlərdə əl atmalıydı”. Qol.Az-ın məlumatına görə, bu sözləri tanınmış futbol şərhçisi Sərgən Yalçın Türkiyənin “NTV Spor” kanalına açıqlamasında söyləyib.
AÇ-2012-nin seçmə mərhələsində millimizdə eyni qrupda yer alan Türkiyə yığmasının dünənki Almaniya səfərindən 0:3 hesablı yenilgiylə dönüşünə münasibətini açıqlayan Sərgən “ay-ulduzlular”ın işinin Bakıda da çətin olacağını deyib: “Hiddink belə eksperimentlərə qrupumuzda yer alan nisbətən zəif – Qazaxıstan, Azərbaycan kimi oyunlarda əl atsa, bunu normal qarşılamaq olar. İndi normalda Türkiyə növbəti oyununda Azərbaycan üzərində qələbə qazanmalıdır. Ancaq təbii ki, baş məşqçi yenə belə yersiz eksperimentlərə əl atsa, Bakıda da sürpriz nəticə qeydə alına bilər”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi