Türkiyəyə qol vurdu, “vətən xaini” adlandırıldı (FOTO)

Türkiyəyə qol vurdu, “vətən xaini” adlandırıldı (FOTO)
XƏBƏR 9 Oktyabr 2010 / 17:12 2843
-  A +

Almaniya milli komandasının heyətində ilk dəfə olaraq Türkiyə yığmasına qarşı oynayan türk futbolçu Mesut Özil “ay-ulduzlu” tərəfdarların qəzəbinə tuş gəlib. Qol.Az-ın qardaş ölkə mətbuatına istinadən məlumatına görə, dünən Bundestimin formasıyla doğma vətəninin yığmasına qol vuran Madrid “Real”ının oyunçusu fanatlar tərəfindən “vətan xaini” adlandırılıb.
Qeyd edək ki, sözügedən qarşılaşmanın gedişində Mesut hər dəfə topa yiyələnəndə stadionda olan türk azarkeşlər futbolçunu fitə basıblar. Özil Türkiyə yığmasının qapısına yol tapandan sonra isə etiraz səsləri daha da çoxalıb. Tribunada olan azarkeşlər əvvəlcədən hazırladıqları, üzərinə “Mesut Özil, sən bir vətən xainisən” yazılmış plakatlar qaldırıblar.
Özilə oyunun 79-cu dəqiqəsində Türkiyə millisinin qapısına qol vurduqdan sonra isə sevinməyib. O, sadəcə olaraq komanda yoldaşlarının təbriklərini qəbul edib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi