Aurelio da Bakıya gətirilən heyətdən çıxarıldı

XƏBƏR 9 Oktyabr 2010 / 16:32 1734
-  A +

AÇ-2012-nin seçmə mərhələsi oktyabrın 12-də Bakıda millimizin qonağı olacaq Türkiyə yığması daha bir ciddi itki ilə üzləşib. Qol.Az-ın məlumatına görə, artıq bu gün Bakıya gələcək Quus Hiddinkin komandası Mehmet Aurelionun xidmətindən məhrum olub. Buna onun dünən keçirilən Almaniya ilə səfər oyununda zədələnməsi səbəb olub. Təcrübəli futbolçu matçın 24-cü dəqiqəsində Toni Kroosla ikili mübarizə zamanı ciddi zədə aldığından oyuna davam edə bilmədi və Tuncay Şanlı ilə əvəzləndi. Həkimlərin müayinəsindən sonra onun zədəsinin ağır olduğu və ən azı 3-4 həftə meydana çıxa bilməyəcəyi dəqiqləşib. Məhz bu üzdən Hiddink Aurelionu bu gün ölkəmizə gələn heyətdən kənarlaşdırmağa qərar verib.
Dünənki oyunda başından aldığı zərbə nəticəsində burnundan zədə alan və xeyli qan itirən Sərvət Çətinin isə durumunun ciddi olmadığı bildirilir. Mehmetdən fərqli, həkimlərin ciddi səyi nəticəsində Bundestimlə oyunu da sona qədər davam etdirən təcrübəli müdafiəçi millimizə qarşı da çıxış edə biləcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi