Rubins start heyətində yer aldı, Karlsons 17 dəqiqə oynadı

Rubins start heyətində yer aldı, Karlsons 17 dəqiqə oynadı
XƏBƏR 9 Oktyabr 2010 / 03:37 1639
-  A +

“Qarabağ” və “İnter”in futbolçuları AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində dünən məğlubiyyət acısı yaşayıb. Qol.Az-ın məlumatına görə, Ağdam klubunun üzvü Andrey Rubinslə paytaxt təmsilçisinin şərəfini qoruyan Girts Karlsonsun forma geyindiyi Latviya millisi Afinada Yunanıstanın qonağı olub. Lakin Unibank Premyer Liqasının iştirakçıları çətin səfər matçından minimal hesablı məğlubiyyətlə ayrılıblar. Qarşılaşmanın yeganə qoluna 58-ci dəqiqədə Torosidis imza atıb.
Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov Rubinsə start heyətində şans verib. “Qarabağ”ın yarımmüdafiəçisi 65-ci dəqiqədə Yuri Ziqayevslə əvəzlənib. Start heyətinə düşə bilməyən Karlsons isə 73-cü dəqiqədə Artyom Rudnevsin yerinə meydana çıxıb.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi