“Bakı”nın fransalı üzvü futbolçularımızı ölkəsinə aparmaq istəyir

“Bakı”nın fransalı üzvü futbolçularımızı ölkəsinə aparmaq istəyir
ÖLKƏ FUTBOLU 5 Sentyabr 2010 / 13:58 2996
-  A +

“Bakı” “transfer pəncərə”sinin sonuncu günü heyətini daha bir futbolçu ilə möhkəmləndirdi. Qol.Az-ın məlumatına görə, bu fransalı müdafiəçi Stefan Barbikonidir. Fransanın “Metz” klubundan icarə əsasında 1 il “Bakı”da çıxış edəcək futbolçu klubun rəsmi saytına müsahibə verib:
- İki gündür ki, Bakıdayam. Özümü evdəki kimi hiss edirəm. Özümə qarşı bu qədər isti münasibət gözləmirdim. Burada hər şey məni qane edir. Baza, peşəkar idarə heyəti, futbolçulara yanaşma və s.
- Azərbaycana gəlmək təklifi necə alındı?
- Menecerim Azərbaycandan mənə təklif gəldiyini dedi. Çox təəcübləndim. Lakin o fikirləşməyim üçün mənə vaxt verdi. Həm də söylədi ki, vaxtilə Türkiyədə oynamış bir çox futbolçu indi Azərbaycana üz tutub. Jaba, Devran Ayhan və Adrianonun sizin liqada oynaması mənim də marağıma səbəb oldu. İnternetdə Azərbaycan, “Bakı” haqqında məlumat toplamağa başladım. Nəticələr məni valeh etdi. Belə bir kluba gəldiyim üçün xoşbəxtəm.
- Azərbaycan haqqında nə öyrəndin ki?
- Azərbaycan futbolunun sürətlə inkişaf etdiyini, türklərlə eyni dildə danışdığını, Bakı şəhərinin adının mənasının “küləklər şəhəri” olmasını, Azərbaycanın qədim insan məskənlərindən biri olması və Azərbaycanın Ermənistanla müharibə şəraitində yaşadığını s. məlumatlar əldə etdim. Hələ Türkiyədə oynayanda ermənilərlə türklərin, azərbaycanlıların konfliktdə olduğunu bilirdim. Ama bu siyasətçilərin işdidir. Bizim vəzifəmiz futbol oynamaqdır. Futbol oynamq üçün isə bu ölkədə yaxşı şərait yaradıldığı barədə xeyli məqalə oxudum.
- Azərbaycan futbolu haqqında hansı bilgilərin var?
- Azərbaycanın hansısa komandası UEFA Avropa liqasında Almaniyanın “Borussiya” klubu ilə pley-ofda qarşılaşmışdı. Ölkənizin təmsilçisinin bu qədər uzağa getməyi məni təəccübləndirdi. Azərbaycan liqasının çətin keçdiyindən xəbərim var. Burada ulduzlar oynamasa da, gərgin və amansız mübarizənin olması yaxşıdır.
- “Bakı”ya gəlməkdə məqsədin nədir?
- Birincisi yaxşı bir mövsüm keçirmək. Əlimdən gələni edəcəyəm ki klubuma xeyir verim. Bundan sonra təkrar Fransaya dönmək istəyirəm. Bura haqda orda da məlumat verəcəm. Bəlkə gələcəkdə Fransaya azərbaycanlı futbolçuların keçidində mənəvi köməyim dəydi.
- Fransanın mili komandalarından hansında top qovmusan?
Kanadada keçirilən özəl bir turnirdə Fransanın U-21 komandasının heyətində məni də sınaqdan keçirdilər. On oyunda meydana çıxmışam. Nədənsə sonra mənə bir daha dəvət göndərilmədi.
- Fransa – Azərbaycan oyunu yadındadır?
- Hə..(gülür). Mən 10:0–a görə sizdən üzr istəyirəm. Amma bu futboldur. Səhv eləmirəmsə Oserdə keçirilmişdi həmin oyun.
- Hə...1996-cı ildə...
- Həmin oyundan sonra Azərbaycan hamının yadında qalmışdı.
- 31 yaşındasan. Yəqin ki bir neçə ildən sonra futbolçu karyeranı bitirəcəksən. Hansı sənətlə məşqul olmağı planlamısan?
- Marketinq üzrə ali təhsilim var. Yəqin ki marketinqlə bağlı hər hansı işdə çalışacam. Bəlkə, futbol meneceri oldum. Qardaşımın köhnə tikililərin restevrasiyası ilə bağlı şirkəti var. Heç nə alınmasa yəqin ki, onunla çalışacağam.
- Hansi musiqi janrına üstünlük verirsən?
- Hip-hop və rep dinləyirəm. Jay-Z, Eminem, Renoud, 50 Centə qulaq asıram.
- Hansı yeməyi sevirsən?
- Əsasən italyan mətbəxini bəyənirəm. Polenta yeməyi xoşlayıram. Spagetti qarnirlə də ləzzətli olur.
- Boş vaxtlarında nə ilə məşğul olursan?
- Mənim hobbim balıq tutmaqdır. Bundan başqa filmlərə baxmağı, internetdə oturmağı, restoranlara getməyi çox sevirəm. Lap unutmuşdum balaca köpəyimi əzizləməyi də unutmuram.
- Hansı “böyük” klubun azarkeşisən?
- Fransada bütün parislilər kimi PSJ fanatıyam. Avropada isə “Yuventus”un.
- Niyə?
- Mənim ata və ana babalarım italyandırlar, Venetsiyadan. Bizim ailə sonradan Fransaya köçüb. Həm fransızca, həm də italyanca sərbəst danışıram. Hər iki ölkə mənim vətənimdir. Görünür buna görə.
- Ailəni nə vaxt gətirəcəksən Azərbaycana?
- Tezliklə. Oğlum Luisin 5 yaşı var. Gələn ildən məktəbə gedəcək. Yəqin ki, bu il onun xaricdə olacağı son il olacaq.

Daha çox


Son xəbərlər
26.06.25  02:10

Messi, Buskets, Alba...