Naqelsmann Deşamın rekordunu qırdı

Naqelsmann Deşamın rekordunu qırdı
DÜNYA FUTBOLU 14 Avqust 2020 / 15:05 2921
-  A +

“Leyptsiq”in çalışdırıcısı Yulian Naqelsmann komandası Çempionlar Liqasının yarımfinalına çıxan ən gənc baş məşqçi olub.

Qol.az xəbər verir ki, onun rekordu ötən gecə ÇL-in 1/4 finalında “Atletiko”ya qalib gələrək (2:1) yarımfinala yüksəldikləri oyunda qeydə alınıb.

Almaniyalı məşqçi 33 yaş 21 günlüyündə buna nail olub. Buna qədər isə sözügedən rekord Didye Deşama məxsus idi. Hazırda Fransa millisini çalışdıran Deşam 2003-2004 mövsümündə “Monako”nu yarımfinala çıxaranda 35 yaşında olub.

Qeyd edək ki, “Leyptsiq” yarımfinalda PSJ ilə qərşılaşacaq. Görüş avqustun 18-də keçiriləcək.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi