"Qarabağ"ın sabiq məşqçisi "Valensiya"da

"Qarabağ"ın sabiq məşqçisi "Valensiya"da
XƏBƏR 3 İyul 2020 / 09:40 3493
-  A +

"Qarabağ"ın sabiq məşqçisi Ruben Sellesin yeni iş yeri müəyyənləşib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, doğulduğu Valensiya şəhərinin eyniadlı klubunda çalışacaq. 37 yaşlı mütəxəssis 2020/21 mövsümündə "Valensiya" Akademiyasında "Yuvenil B" komandasının birinci məşqçisi vəzifəsində işləyəcək.

Qeyd edək ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da fiziki hazırlıq üzrə məşqçi işləyib. O, 2018-ci ilin yanvarında köməkçi məşqçi kimi təyin olunduğu Danimarkanın "Orxus" klubundan ötən ay ayrılıb.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi