ÇL-in daha bir oyunu koronavirusun qaynaqlarından biri hesab olunur

ÇL-in daha bir oyunu koronavirusun qaynaqlarından biri hesab olunur
XƏBƏR 3 Aprel 2020 / 18:26 3258
-  A +

Çempionlar Liqasının 1/8 finalında keçirilən "Liverpul" - "Atletiko" matçı koronavirusun qaynaqlarından biri hesab olunur.

Qol.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə Liverpulun səhiyyə xidmətinin rəhbəri Metyu Eşton məlumat verib. O, sözügedən görüşün keçirilməsinin yanlış olduğunu söyləyib: "Hökümət o zaman vəziyyətin ciddiliyi başa düşmədi. Ehtimal ki, "Atletiko"ya qarşı matç koronavirusun yayılmasına təsir etdi".

Qeyd edək ki, sözügedən görüşü 54 min azarkeş izləyib. Onlardan 3 mini ispan azarkeşlər olub.

Xatırladaq ki, bundan əvvəl ÇL-in  1/8 finalının “Atalanta” - “Valensiya” görüşü Avropada koronavirusun yayılmasının əsas qaynağı hesab olunmuşdu.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi