Dibala "Yuventus"dan 12 milyon avro istəyir

Dibala "Yuventus"dan 12 milyon avro istəyir
XƏBƏR 26 Fevral 2020 / 16:10 2438
-  A +

“Yuventus” futbolçusu Paulo Dibala ilə müqavilə müddətini uzatmaq niyyətindədir.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin klubu argentinalı futbolçunu 2025-ci ilədək komandada görmək istəyir.

“Qoca sinyora”nın 26 yaşlı hücumçuya illik 9 milyon avro + bonus təklif etdiyi, Dibalanın isə bununla razılaşmadığı bildirilir. Onun  klubdan illik 12 milyon avro məvacib tələb etdiyi qeyd olunub.

2015-ci ildən “Yuventus”un formasını geyinən Dibalanın klubu ilə 2022-ci ilədək müqaviləsi var.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi