Jota birinci oldu

Jota birinci oldu
DÜNYA FUTBOLU 21 Fevral 2020 / 22:11 2558
-  A +

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az xəbər verir ki,  həftənin ən yaxşısı "Volverhempton"un hücumçusu Dieqo Jota seçilib. 23 yaşlı oyunçu qurumun rəsmi saytında keçirilən səsvermədə  Yanis Haci (“Reyncers”), Lusiano Vietto (“Sportinq”) və Daiçi Kamada (“Ayntraxt”) qabaqlayıb.

Qeyd edək ki,  D.Jota  Avroliqanın 1/16 final mərhələsində "Espanyol"a 4:0 hesabı ilə qalib gəldikləri oyunda 3 qol vurub.

Xatırladaq ki, "Volverhempton"da millimizin üzvü Renat Dadaşov çıxış edir.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi