"Atletiko" autsayderlə bacarmadı

"Atletiko" autsayderlə bacarmadı
DÜNYA FUTBOLU 26 Yanvar 2020 / 17:05 3480
-  A +

"Atletiko" La Liqada növbəti oyuna çıxıb.

Qol.az xəbər verir ki, Madrid klubu 21-ci turda doğma meydanda "Leqanes"lə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Bu nəticədən sonra Dieqo Simeonenin komandası 36 xalla 4-cü pillədə qalıb. "Leqanes" isə 15 xalla sonuncu-20-ci pillədən 19-cu pilləyə yüksəlib.

Turnir cədvəlinə 43 xalla  "Barselona" başçılıq edir. "Real" eyni xalla (20 oyun) 2-ci, "Sevilya" 38 xalla 3-cüdür.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi