Klopp sarı vərəqə tələb edən həmkarını ələ saldı – Şəkillər

Klopp sarı vərəqə tələb edən həmkarını ələ saldı – Şəkillər
XƏBƏR 19 Dekabr 2019 / 11:49 3827
-  A +

Klublar arasında keçirilən dünya çempionatının “Monterrey” (Meksika) – “Liverpul” (İngiltərə) yarımfinal matçında (1:2) maraqlı hadisə yaşanıb.

Qol.az xəbər verir ki, hesab 1:1 olarkən, 76-cı dəqiqədə “Liverpul”lu Co Qomes topu uğursuz şəkildə qəbul edib və əlinə dəyib. Hakim cərimə zərbəsi təyin etdikdən sonra “Monterrey”in baş məşqçisi Antonio Mohamed futbolçuya sarı vərəqə (ikinci sarı) göstərilməsini tələb edib.

Həmkarının bu hərəkətinə isə “Liverpul”un baş məşqçisi Yurgen Klopp ironik reaksiya göstərib. O, Antonio Mohamedin hərəkətini təqlid etməyə başlayıb. Bu zaman hakim hər iki məşqçini sakitləşdirib. Amma həm Klopa, həm də Mohamedə sarı vərəqə göstərib.












Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi