“Qarabağ”ın Şotlandiyanın “Seynt Mirren” komandasının qapıçısı Vatslav Hladki üçün təklif göndərdiyi təsdiqlənib.
Qol.az Şotlandiya mətbuatına istinadən xəbər verir ki “Seynt Mirren”in baş məşqçisi Cim Qudvin 28 yaşlı çexiyalı qapıçı haqqında danışarkən ona göndərilən transfer təkliflərini də qeyd edib: “O, çox yaxşı qapıçıdır. Bu yay “Dandi Yunayted” ilə oyunda 3 penalti zərbəsini dəf etdi. Mənə məlumat verildi ki, bir neçə həftə əvvəl “Qarabağ” qapıçımız üçün təklif göndərib. Ancaq ehtiyat variantımız olmadığından onu satmaq axmaqlıq olardı. Biz bu yay onu klubda saxlayacağıq”.
“The Scotsman” qəzeti isə yazıb ki, “Qarabağ” çex qapıçı üçün onun klubuna 200 min funt sterlinliq verməyə hazır olub. Amma şotlandlar bu məbləğə razı olmayıblar.
"Çelsi"dən antirekord
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər