“Son turda aldığımız məğlubiyyəti həzm edirəm. Amma futbolçularımı sərt tənqid edə bilmərəm”.
Qol.az xəbər verir ki, bu sözləri Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi David Hili deyib.
Böyük Britaniya mətbuatına açıqlama verən mütəxəssis ölkə çempionatında “Kolreyn”lə görüşdə 2:4 hesablı məğlubiyyət, həmçinin Avropa Liqasının “Qarabağ”la pley-off matçları barədə fikirlərini bölüşüb: “Futbolçular son qarşılaşmada istədiyimiz kimi çıxış etməsə də, onlara irad bildirmərəm. Çünki onlar bu mövsüm məni həddən artıq çox sevindirib. Xüsusilə də Avropa miqyasındakı çıxışları çox yaxşı alınıb”.
Hili bildirib ki, avrokubokda güvəndiyi heyətdə ciddi dəyişikliklər də edib: “Sutyeska” ilə görüşdə iştirak edən heyətdən beş futbolçu “Kolreyn”ə qarşı oynamırdı. Buna baxmayaraq, deməzdim ki, heyət zəifləmişdi. Lakin təəssüf ki, hesabı 2:3-ə qədər gətirdikdən sonra daha bir səhv nəticəsində qol buraxdıq. Biz “Qarabağ”la qarşıdakı oyunda daha yaxşı olmalıyıq və olacağıq da. Həmin matçın miqyası, çəkisi daha yüksəkdir. Bu, bizim üçün əla avrokubok mövsümüdür. Amma biz gözümüzü ölkə çempionatındakı yağ-çörəkdən də çəkə bilmərik”.
Qeyd edək ki, “Qarabağ” 22 avqust səfərdə “Linfild”in qonağı olacaq. Cavab matçı 29 avqust Tofiq Bəhramov adında Respublika stadionunda keçiriləcək.
Antirekord təkrarlandı
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"