Bakıda ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası keçirildi - Şəkillər

Bakıda  ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası keçirildi - Şəkillər
XƏBƏR 29 May 2019 / 21:07 2873
-  A +

Bu gün tarixdə ilk dəfə Bakı şəhərində UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, “Hilton” otelində 4 saatdan artıq davam edən iclasda UEFA prezidenti Aleksander Çeferin Bakı şəhərinin Avropa futbol qurumunun İcraiyyə Komitəsinin toplantısına ev sahibliyi etməsi ilə əlaqədar AFFA-nın baş katibi Elxan Məmmədova plaket təqdim edib.

İclasdan sonra mətbuat konfransı təşkil olunub. İcraiyyə Komitəsində qəbul olunmuş qərarlar barədə məlumat verən A.Çeferin daha sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.


















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi