Türkiyə gözəli Özilə dəstək üçün Bakıya gəldi - Şəkillər

Türkiyə gözəli Özilə dəstək üçün Bakıya gəldi -  Şəkillər
DÜNYA FUTBOLU 29 May 2019 / 13:55 7227
-  A +

2014-cü ildə Türkiyə gözəli seçilmiş aktrisa Əminə Gülşə Avropa Liqasının finalında sevgilisi Məsut Özili dəstəkləmək üçün Bakıya gəlib.

Qol.az xəbər verir ki, o, instaqram səhifəsində “Arsenal”ın futbolçusu üçün Bakıda olduğunu yazıb.

Özil isə ötən gün Əminə ilə şəklini paylaşaraq ona təşəkkürünü bildirib: “Mənimlə birlikdə Bakıya gəldiyin üçün təşəkkürlər, mənim sevgilim! Bütün mövsümü sabahkı gün üçün ağır işləmişik”.

Xatırladaq ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Çelsi" - "Arsenal" matçı saat 23:00-da başlayacaq.










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi