"Uğurların sərhədi yoxdur" - Ronaldo

"Uğurların sərhədi yoxdur" - Ronaldo
DÜNYA FUTBOLU 21 May 2019 / 17:00 3772
-  A +

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo A seriyasında ilin futbolçusu seçilməyini şərh edib.

Qol.az-ın məlumatına görə, bununla bağlı portuqaliyalı hücumçu sosial şəbəkədə yazıb: "İngiltərə, İspaniya və İtaliyada çempionluq... İngiltərə, İspaniya və İtaliyada ən yaxşı oyunçu seçilmək... Uğurların sərhədi yoxdur".

Qeyd edək ki, Ronaldo Avropanın beş böyük liqasının üçündə bu adı qazanan ilk futbolçu olub.


Son xəbərlər