Kosta, Parti və Sandro cəzalı duruma düşdü

Kosta, Parti və Sandro cəzalı duruma düşdü
DÜNYA FUTBOLU 21 Fevral 2019 / 13:47 1655
-  A +

"Atletiko"nun futbolçuları Dieqo Kosta və Tomas Parti Çempionlar Liqasının 1/8 finalında "Yuventus"la cavab matçını buraxacaq.

Qol.az-ın məlumatına görə, buna səbəb hər iki oyunçunun sarı vərəqə limitini doldurmasıdır. Kosta və Parti Turin klubu ilə ilk oyunda bu mövsüm ərzində 3-cü sarı vərəqəsini alıblar.

"Yuventus"dan isə Aleks Sandro Madrid təmsilçisi ilə ikinci görüş öncəsi cəzalı duruma düşüb.

Qeyd edək ki, "Atletiko" - "Yuventus" qarşılaşması meydan sahiblərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında cavab matçı martın 13-ü keçiriləcək.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi