Millidə baş məşqçi istefası

Millidə baş məşqçi istefası
DÜNYA FUTBOLU 22 Yanvar 2019 / 13:10 2134
-  A +

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Xuan Antonio Piççi istefa verib.

Qol.az xəbər verir ki, argentinalı mütəxəssis bu barədə ölkəsinin mətbuatına açıqlamasında özü məlumat verib. Piççi Səudiyyə Ərəbistanı millisindəki işinin bitdiyini deyib.

2017-ci ildən yığmaya rəhbərlik edən Piççinin müqaviləsinin müddəti fevralda bitirdi.

Qeyd edək ki, 2019-Asiya kubokunda iştirak edən Səudiyyə Ərəbistanı millisi mübarizəni 1/8 final mərhələsində dayandırıb.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi