Sxadadzenin müqaviləsi uzadıldı

Sxadadzenin müqaviləsi uzadıldı
DÜNYA FUTBOLU 22 Yanvar 2019 / 12:20 2298
-  A +

Bakı "İnter"inin (indiki "Keşlə") sabiq baş məşqçisi Kaxaber Sxadadze Qazaxıstanın "Ordabası" klubu ilə müqaviləni yeniləyib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, gürcüstanlı mütəxəssis daha bir il Şimkənt təmsilçisini çalışdıracaq.

Qeyd edək ki, ötən ilin iyun ayından “Ordabası”nı çalışdıran Kaxaber Sxadadze ölkə çempionatında 4-cü pilləni tutmaqla, komandasına Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazandırıb.

Xatırladaq ki, Sxadadze 2009-2014-cü illərdə “İnter”in baş məşqçisi olub. O, ölkəmizdə "Standard" klubunu da çalışdırıb.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi