Sulşer De Xeanın oyunu haqda: "Fantastikadır"

Sulşer De Xeanın oyunu haqda: "Fantastikadır"
DÜNYA FUTBOLU 14 Yanvar 2019 / 10:20 4126
-  A +

"Uembli"də qələbə qazanmaq möhtəşəmdir. Komandada Reşford və Marsial kimi cəld, Poqba və Linqard kimi ağıllı futbolçular olanda hücum sürətli alınır".

Qol.az xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in baş məşqçsi Ole-Qunnar Sulşer İngiltərə Premyer Liqasının 22-ci turunda səfərdə "Tottenhem"ə qalib gəldikləri oyundan (1:0) sonra "BBC"ə açıqlamasında deyib.

Norveçli mütəxəssis möhtəşəm qurtarışları ilə qapısını toxunulmaz saxlayan David de Xeanın oyunu barədə də danışıb: "Bu, fantastikadır. Aydındır ki, qapıçı oyun ərzində 11 qurtaşır edirsə, bu, ən yaxşı göstəricidir. 11 qurtaşından ikisi inanılmaz idi, digər 9-u isə Daviddən gözlənilən idi". 

Təyinatından sonra komandası ardıcıl 6 oyundur qalib gələn Sulşer bu barədə qısa danışıb: "Mançester Yunayted"ə kömək etmək üçün hər şey edirəm. İşimi yaxşı bilirəm. Hər oyun qələbə qazanacağımıza ümid edirik".

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi