Türkiyə klubundan maraqlı addım

Türkiyə klubundan maraqlı addım
DÜNYA FUTBOLU 13 Dekabr 2018 / 20:40 5493
-  A +

Türkiyənin "Kasımpaşa" klubu maraqlı addım atıb.

Qol.az-ın məlumatına görə, İstanbul təmsilçisi bütün futbolçuları ilə müqaviləni 2021-ci ilə qədər uzatdıb.
Bunu yerli mətbuata açıqlamasında klubun idman direktoru Nursal Bilgin açıqlayıb.

O, “Kasımpaşa”nın bu mövsüm Türkiyə Superliqasının ən çox qol vuran və ən az cəzalanan komanda olduğunu xatırladaraq futbolçuların ancaq matça köklənərək, azarkeşlərinə daha yaxşı oyun göstərmək istədiklərini bildirib.

"Kasımpaşa" 15 oyundan sonra turnir cədvəlində 26 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, komandanın baş məşqçisi Mustafa Denizlinin də müqaviləsi 2021-ci ilə qədər uzadılıb.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi