"Keşlə"nin legioneri yığmada 90 dəqiqə oynadı

"Keşlə"nin legioneri yığmada 90 dəqiqə oynadı
XƏBƏR 21 Noyabr 2018 / 16:46 1276
-  A +

"Keşlə”nin futbolçusu Edvinas Girdvainis Litva millisində növbəti oyununa çıxıb.

Qol.az-ın xəbərinə görə, 25 yaşlı müdafiəçi  UEFA Millətlər Liqasının 6-cı turunda səfərdə Serbiya ilə keçirilən görüşdə 90 dəqiqə meydanda olub. O, 54-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

C Liqasının 4-cü qrupunda yer alan komandaların qarşılaşmasında litvalılar böyük hesabla məğlub olublar - 1:4.

Qeyd edək ki, qrupda Keçirdiyi bütün görüşlərdən məğlub ayrılan Litva yığması Millətlər Liqası ilə xalsız vidalaşıb.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi