Renat oynadı, komandası lideri məğlub etdi

Renat oynadı, komandası lideri məğlub etdi
XƏBƏR 13 Noyabr 2018 / 00:10 2738
-  A +

Portuqaliya Sequndasının 9-cu turunda bu gün bir oyun keçirilib.

Qol.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" doğma meydanda "Pakuş Ferreyra"nı qəbul edib. Aylton Boa Mortenin 20-ci dəqiqədə vurduğu qol meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb. Lider üzərindəki qalibiyyətdən sonra xallarının sayını 17-yə çatdıran "Eştoril" 3-cü pilləyə yüksəlib. Hazırda bu komandanı zirvədən cəmi 4 xal ayırır.

Qeyd edək ki, Dadaşov matçın 61-ci dəqiqəsində meydana daxil olub.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi