Daha 3 güləşçimiz tatamiyə çıxdı - dünya çempionatı

Daha 3 güləşçimiz tatamiyə çıxdı - <b style="color:red"> dünya çempionatı</b>
XƏBƏR 23 Oktyabr 2018 / 20:22 1934
-  A +

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.

Qol.az-ın məlumatına görə, dördüncü yarış günündə Azərbaycanın  daha 3 qadın güləşçisi mübarizəyə qoşulub.

İrina Netreba ilk görüşündə Peru təmsilçisini üstələyib – 6:2. Daha sonra o, isveçli Xenni Yohansondan güclü olub – 3:1. Güləşçimiz 1/4 finalda çinli Çuyinq Tanqı 3:0 hesabı ilə məğlub edib. Yarımfinalda Danielle Suzanneyə uduzan (0:11) idmançımız sabah gümüş medal uğrunda yarışacaq.

Digər güləşçimiz Elis Manolova təsnifat mərhələsində italiyalı rəqibinə uduzub -1:3.

Mübarizəyə 1/8 finaldan başlayan Səbirə Əliyeva isə ilk görüşündəcə türkiyəli  Yasemin Adar uduzub - 0:10. Adar finala qədər irəlilədiyindən Səbirə təsəlliverici görüşdə bürünc medal qazanmaq şansı əldə edib. 
 

Daha çox


Son xəbərlər
14.11.18  23:00

"Real"dan ilk transfer

14.11.18  19:25

"Bavariya"da ciddi itki