Elvin Məmmədov "Keşlə" ilə oyunu buraxa bilər

Elvin Məmmədov "Keşlə" ilə oyunu buraxa bilər
XƏBƏR 18 Sentyabr 2018 / 00:01 1342
-  A +

“Qarabağ”la qarşılaşmanın ardından 2 günlük istirahətə buraxılan “Sumqayıt” məşqləri bərpa edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda Nazim Süleymanovun rəhbərliyi altında ötən  gün saat 17:00-dan etibarən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Keşlə” ilə qarşılaşmanın hazırlıqlarına start verib.

Zədəli Elvin Məmmədov məşqdə iştirak etməyib. Vurğun Hüseynov isə fərdi hazırlıqla kifayətlənib. Bundan başqa əvəzedici heyətdən Fərid Kərimzadə və Əli Əliyev əsas komanda ilə birlikdə məşq edib. 1.5 saat davam edən hazırlıq prosesində topla müxtəlif hərəkətlər və taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.

Qeyd edək ki, “Keşlə” – “Sumqayıt” qarşılaşması sentyabrın 23-də keçiriləcək.

Daha çox


Son xəbərlər