"Qəbələ" qələbəni əldən verdi, "Sabah" qalib gəldi

"Qəbələ" qələbəni əldən verdi, "Sabah" qalib gəldi
PREMYER LİQA 25 Avqust 2018 / 22:23 15822
-  A +

Bu gün Topaz Premyer Liqada 3-cü tura start verilib.

Qol.az-ın məlumatına görə, "Qəbələ" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Meydan sahibləri ilk hissədə hesabı açsa da, üstünlüyünü son anda əldə verib. "Sumqayıt" 90+2-ci dəqiqədə Yusif Nəbiyevin qolu ilə hesabı bərabərləşdirib və Qəbələ səfərində 1 xal qazanıb. 
 
Turun digər görüşündə debütant "Zirə" "Sabah"ı qəbul edib. Qonaqlar yeni transfer Marko Deviçin dublu ilə qalib gəlib - 2:0. 

Qeyd edək ki, 3-cü tura sabah yekun vurulacaq.

25 avqust (şənbə)

18:00. “Qəbələ” – “Sumqayıt” - 1:1
Qollar:
Təmkin Xəlilzadə, 42-pen.(1:0), Yusif Nəbiyev, 90+2 (1:1)
Qırmızı vərəqə: Nicat Qurbanov, 76 ("Sumqayıt")
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cavanşir Yusifov, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

20:30. “Zirə” – “Sabah” - 0:2
Qollar:
Marko Deviç, 2, 30
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ramil Diniyev
"Dalğa Arena"


26 avqust (bazar)

18:00. “Keşlə” – “Səbail”
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Məmmədəli Kərimov, Rəhim Həsənov
“ASK Arena”

20:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Rauf Cabbarov
“Azersun Arena”

N

Klublar

O

Q

H

M

T-F

X

1

Neftçi

2

2

0

0

4-1

6

2

Sabah

3

2

0

1

4-4

6

3

Qəbələ

3

1

1

1

5-3

4

4

Sumqayıt

3

1

1

1

5-4

4

5

Qarabağ

1

1

0

0

2-0

3

6

Keşlə

2

0

1

1

2-3

1

7

Zirə

2

0

1

1

2-4

1

8

Səbail

2

0

0

2

0-5

0



Bombardirlər:

Marko Deviç ("Sabah") -4 qol 

Mahir Mədətov ("Qarabağ") - 2 qol


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi